Peygemberin haqq canishini 4.0 [free]

Description

ÖN SÖZ “(Ey Peyğəmbərimiz) sözü dinləyib onun ən yaxşısına tabe olanlara müjdə ver. Onlar həmin kəslərdir ki, Allah onları (düz yola) hidayət etmişdir və məhz onlar əql sahibləridir.” İslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuş məşhur bir rəvayətdə buyurulur: “Mənim ümmətim yetmiş üç firqəyə (dəstəyə) bölünəcəkdir, o firqələrin birindən başqa, hamısı od və cəhənnəm əhlidir.” Bu hədisi bütün İslam alimləri öz kitablarında nəql etdikdən sonra yalnız özlərinin düzgün yolda olduqlarını bəyan etmiş, ixtilaf yaratmaq təqsirini isə başqa firqələrin üzərinə yıxmışlar. Halbuki, Qurani-Kərim belə buyurur: “Hamılıqla Allah ipindən yapışın və heç vaxt təfriqəyə düçar olub dağılmayın.” Belə bir sual yaranır ki, görəsən həqiqətdə “Allah “ipi” dedikdə nə nəzərdə tutulur və bu ayəni lazımınca izah edib həqiqəti insanlara çatdırmaq kimin öhdəsinədir ki, onlar da bu ipə sarılaraq heç vaxt dağılmasınlar? Bu vəzifəni yerinə yetirməyin kimin öhdəsinə olduğunu isə, məhz Qurandan soruşmaq lazım-dır. “Tövbə surəsində Allah taala dinşünas-ları Allah dininin təbliğçiləri kimi bəyan edib buyurur: “Gərək hər bir tayfadan bir neçə nəfər hicrət edib dini dərindən öyrənsin və öz qövmlərinə tərəf qayıtdıqda onları (ilahi əzabdan) qorxutsunlar, bəlkə onlar da (pis işlərdən) çəkinələr.” Növbəti sual budur ki, görəsən bu mühüm əhəmiyyət kəsb edən iş hansı firqə alim-lərinin üzərinə düşür? Və nə üçün hər hansı bir firqə bu ilahi vəzifəni yerinə yetirməkdə özünü sair firqələrdən üstün sayır, başqalarını isə batil yolda hesab edir? Bunları hansı alim həll etməlidir?! Digər məsələ budur ki, bütün İslam ümmətinin ona sarılmağa əmr olunduqları “ip” dedikdə məqsəd nədir? Bu məsələni düzgün şəkildə anlayıb “Allah ipinə” sarılmaq üçün, ilk növbədə tarixi düzgün şəkildə araşdırıb baş vermiş hadisələri olduğu kimi təhlil etmək, nəticədə şəffaf su-yun haradan və nə üçün bulandığını bilməliyik. Son dərəcə təəssüflə qeyd etməliyik ki, sünnü alimləri düzgün və həqiqi tarixi oxumağı öz əsrlərində haram etmiş və tarixi oxumağın ölülərin qeybətini etməkdən ibarət olduğunu əsas tutaraq bu işi qadağan etmişlər. Böyük sünnü alimlərindən olan Məhəmməd Qəzzali belə deyir: “İmam Hüseynin Kərbəla faciəsini və səhabələr arasında yaranan ixti-lafları camaata çatdırmaq haramdır. Çünki, bu hadisələr camaatda bəzi səhabələrə qarşı nifrət hissi oyadır. Halbuki, səhabələr böyük din təbliğçiləridir.” Firqələr arasında yaranmış ixtilafların həqiqi səbəbini tapmaq üçün Peyğəmbərin vəfatından qabaq və sonra baş vermiş hadisələri araşdırmaq lazımdır. Çünki, Peyğəmbərin öz zamanında müsəlmanlar təqribən hamısı müttəfiq idilər. Münafiq səhabələr isə Peyğəm-bərə (s) məkrli planlar tökdükdə Peyğəmbər (s) Cəbrailin vasitəsi ilə göndərilən vəhy ilə onların qabağını alıb, münafiqlərin hiylələrini zərərsizləşdirirdi. Beləliklə qəti şəkildə hökm etmək olar ki, bütün ixtilaflar Peyğəmbərin vəfatından sonra baş vermişdir. Məhz buna görə də haqq-həqiqətin aşkar olması üçün Həzrəti Mühəmmədin vəfatından sonra baş verən hadisələri araşdırmalıyıq. Çünki, İslam firqələrinin hamısı Peyğəmbərin vəfatından sonra yaranmışdır. İslamın ilk çağlarındakı müsəlmanlar Peyğəmbərin vəfatından sonra iki dəstəyə bölündülər. Onların bir hissəsi həzrət Əli ibni Əbu Talib (ə)-ın tərəfdarı (şiə), digəri isə Əbu Bəkrin tərəfdarı (sünnü) oldular. Müaviyə hiyləgərliklə hökuməti ələ aldıqdan sonra elə onun dövründə xəlifələrin tərəfdar-ları “Əhli sünnət” (sünnü) və ya “cəmaət” adlandırıldılar. İmam Sadiq (ə)-ın dörd mindən artıq tələbəsi var idi. Məhəmməd ibni Nöman ibni Sabit (Hənəfi məzhəbinin banisi) və Malik ibni Ənəs (Maliki məzhəbinin banisi) də onun tələbələrindən idilər. İndi isə biz İslami rəvayətləri araşdıraraq haqqı batildən seçib onu camaata tanıtdırmalı və hamının dində müttəfiq olub Allah ipindən yapışması və behişt əhli olması üçün əlimiz-dən gələni əsirgəməməliyik. ƏHMƏD ƏSƏDNİJAD

Old Versions

Free Download Download by QR Code
  • App Name: Peygemberin haqq canishini
  • Category: Books & Reference
  • App Code: com.alimovla.peygemberinhaqqcanishini.second
  • Version: 4.0
  • Requirement: 2.1.x or higher
  • File Size : 726.74 KB
  • Updated: 2022-09-27